İyulun 2-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov Şərur şəhərində vətəndaş qəbulu keçirib.
Qəbuldan öncə Məcid Seyidov Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərovla birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Abidə önünə tər gül dəstəsi qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
Şərur Olimpiya İdman Kompleksində reallaşan qəbul zamanı müraciətlər əsasən, rayon ərazisində idman infrastrukturunun daha da gücləndirilməsi, məşqçilərin qarşılaşdığı çətinliklər, eləcə də kəndlərdə yerləşən futbol meydançaları və stadionların təmiri ilə bağlı olub. Müraciətlərin əksəriyyətinə yerində baxılıb və cavablandırılıb, digərlərinin həlli istiqamətində isə qanunvericiliyə uyğun olaraq işlər aparılacaqdır.