Naxçıvan Muxtar Respublikası ərazisində cəmiyyət üçün aktual olan mövzular üzrə məlumatlandırma və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə keçirilən tədbirlər may ayını da əhatə edib. Aidiyyəti qurum nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda təşkil olunan tədbirlərdə sosial, hüquqi və ictimai məsələlərə dair çıxışlar edilib, iştirakçılar maarifləndirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları iyun ayı ərzində Culfada “Məişət zorakılığı, erkən nikah, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası”, Şərurda “Hərbi vətənpərvərlik: Vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” və Sədərəkdə “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzularında keçirilən tədbirlərdə çıxış edərək gənclərin hüquqi biliklərinin artırılması, sağlam həyat tərzinə təşviqi, onlar arasında ailə dəyərlərinin gücləndirilməsi ilə bağlı görülən işlərdən bəhs edib, mövzu üzrə fikirlərini bölüşüblər.
